Bakı. 21 yanvar. REPORT.AZ/ Moldova prezidenti Nikolae Timoftinin müşaviri Vlad Turcanu istefa verib.
"Report" xəbər verir ki, bu haqda yerli "Jurnal.md" məlumat yayıb.
O, istefasının səbəbini belə açıqlayıb: "İctimaiyyətdə antidemokratik və dözülməz olmağım barədə yalan rəy formalaşdırırdılar. Elə buna görə də istefa verdim".
Qeyd edək ki, Moldovada yeni hökumətə Pavel Filipin başçılıq etməsinə qarşı aksiyalar keçirilib.