Moldova prezidenti: "Rusiya hərbçiləri Dnestryanı əraziləri tərk etməlidir"

Moldova prezidenti: "Rusiya hərbçiləri Dnestryanı əraziləri tərk etməlidir" "Dnestryanı ərazilərdə beynəlxalq mandata malik olan çox millətli mülki missiya fəaliyyət göstərməlidir"
Region
13 Dekabr , 2015 02:18
Moldova prezidenti: Rusiya hərbçiləri Dnestryanı əraziləri tərk etməlidir

Bakı. 13 dekabr. REPORT.AZ/ "Rəsmi Kişinyov Rusiya hərbçilərinin Dnestryanı əraziləri tərk etməsini və bu bölgədə mövcud olan sülhməramlı kontinqentin yenidən formalaşmasını istəyir". "Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bu bəyanatla Moldova prezidenti Nikolay Timofti çıxış edib.

Onun sözlərinə görə, Dnestryanı ərazilərdə olan Rusya sülhməramlılarını beynəlxalq mandata malik olan çox millətli mülki missiya əvəz etməlidir.

N.Timofti qeyd edib ki, Rusya ATƏT-in İstanbul sammitində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.

Son xəbərlər

Orphus sistemi