Bakı. 8 sentyabr. REPORT.AZ/ Moldovanın prezidenti Nikolay Timofti MDB-nin (Müstəqil Dövlətlər Birliyi) Bişkekdə keçiriləcək zirvə toplantısında iştirak etməyəcək.
"Report" Moldova KİV-inə istinadən xəbər verir ki, bunu prezidentin müşaviri İon Pedurauru bildirib.
Onun sözlərinə görə, bu toplantıda Moldovanı baş nazir Pavel Filip təmsil edəcək.
Qeyd edək ki, bu il sentyabrın 16-da Qırğız Respublikasının paytaxtı Bişkekdə MDB-nin növbəti zirvə toplantısı keçiriləcək. Bu gün həm də qurumun yaranmasının 25-ci ildönümüdür.
Xatırladaq ki, Moldova prezidenti 2015-ci ildə də MDB-nin sammitinə qatılmaqdan imtina edib. O zaman ölkəni müvəqqəti hökumət başçısı Valeri Strelets təmsil etmişdi.