​Möhsün Yazıçıoğlunun ailəsinə 756 min lirə təzminat ödəniləcək

​Möhsün Yazıçıoğlunun ailəsinə 756 min lirə təzminat ödəniləcək Üç ailə aviasiya və sığorta şirkətlərinə qarşı maddi və mənəvi təzminat ödənilməsi barədə məhkəmə iddiası qaldırıb
Region
4 Fevral , 2015 17:19
​Möhsün Yazıçıoğlunun ailəsinə 756 min lirə təzminat ödəniləcək

Bakı. 4 fevral. REPORT.AZ/ Türkiyənin Qəhrəmanmaraş Mülki Məhkəməsi Möhsün Yazıçıoğlunun ailəsinə 756 min lirə təzminat (bir manat təxminən üç lirəyə bərabərdir) ödənilməsi haqda qərar çıxarıb.

"Report"un xəbərinə görə. məlumatı "Sabah.com" yayıb.

2009-cu il martın 29-da vertolyot qəzası nəticəsində 6 nəfər həyatını itirmişdi. Onların arasında Türkiyə Böyük Birlik Partiyasının sədri Möhsün Yazıçıoğlu da olub.

Bir müddət öncə üç ailə aviasiya və sığorta şirkətlərinə qarşı maddi və mənəvi təzminat ödənilməsi barədə məhkəmə iddiası qaldırıb.

Məhkəmə 3 ailəyə bir milyon 356 min lirə təzminat ödənilməsi haqda qərar çıxarıb.

Ədalət qurumunun hökmünə görə, Möhsün Yazıçıoğlunun ailəsinə 756 min lirə, o cümlədən 550 min lirə mənəvi təzminat ödəniləcək.

Son xəbərlər

Orphus sistemi