Mətbuat katibi Qorbaçovun xəstəxanaya yerləşdirilməsini təkzib edib

Mətbuat katibi Qorbaçovun xəstəxanaya yerləşdirilməsini təkzib edib Vladimir Polyakovun sözlərinə görə, keçmiş prezident özünü normal hiss edir
Region
28 Sentyabr , 2015 16:31
Mətbuat katibi Qorbaçovun xəstəxanaya yerləşdirilməsini təkzib edib

Bakı. 28 sentyabr. REPORT.AZ/ "Mən indi onun otağında idim. O, fonddakı kabinetində oturub. İndi onun görüşü olacaq".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Mixail Qorbaçov Fondunun mətbuat katibi Vladimir Polyakov keçmiş SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovun xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan informasiyaya münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, keçmiş prezident özünü normal hiss edir.

Qeyd edək ki, Mixail Qorbaçovun səhhətinin ağırlaşması və ya ölümü ilə bağlı xəbərləri Rusiya KİV-i tez-tez yayır.

*** 16:00

Bakı. 28 sentyabr. REPORT.AZ/ Keçmiş SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov təcili olaraq xəstəxanaya yerləşdirilib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirildiyini Mixail Qorbaçovun özü də təsdiqləyib.

Məlumata görə, sentyabrın 28-də gecə saatlarında keçmiş prezidentin səhhətində qəflətən problemlər yaranıb və həkimlər onu təcili olaraq xəstəxanaya yerləşdiriblər. 

M.Qorbaçov 1931-ci ildə anadan olub. 

Son xəbərlər

Orphus sistemi