Minsk qrupunun həmsədrləri Ermənistan prezidenti ilə görüşüblər

Minsk qrupunun həmsədrləri Ermənistan prezidenti ilə görüşüblər Görüşdə atəşkəs rejiminə riayət olunmasının vacibliyi vurğulanıb
Region
9 Aprel , 2016 18:26
Minsk qrupunun həmsədrləri Ermənistan prezidenti ilə görüşüblər

Bakı. 9 Aprel. REPORT.AZ/ Ermənistan prezidenti Serj Sarqsyan aprelin 9-da ATƏT-in Minsk qrupunun həmsədrləri – İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andrie (Fransa) və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul edib.

“Report” erməni KİV-nə istinadən xəbər verir ki, tərəflər son günlər Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində yaranan vəziyəti müzakirə ediblər.

Görüşdə atəşkəs rejiminə əməl olunması, tezliklə etimadın möhkəmləndirilməsi və sülh danışıqlarının bərpa olunması üzrə tədbirlərin görülməsi vacibliyi qeyd olunub.

Son xəbərlər

Orphus sistemi