Milli Sahibkarlar Palatası​: Qazaxıstan yüklərin sənədləşdirilməsini sürətləndirir

Milli Sahibkarlar Palatası​: Qazaxıstan yüklərin sənədləşdirilməsini sürətləndirir Ötən ay Ukraynadan göndərilən yük də bu marşrut üzrə daşınıb
Region
9 Fevral , 2016 10:07
Milli Sahibkarlar Palatası​: Qazaxıstan yüklərin sənədləşdirilməsini sürətləndirir

Bakı. 9 fevral. REPORT.AZ/ Bakı və Aktau dəniz limanlarını keçərək, Türkiyədən Qazaxıstan ərazisinə çatdırılan yüklərin sənədləşdirilməsi üçün dövlət qurumları bir sıra tədbirlər görür.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Qazaxıstanın "Atamekan" Milli Sahibkarlar Palatası bildirib.

Palatanın məlumatında vurğulanıb ki, 2015-ci ildə Rusiya Türkiyəyə sanskiya tətbiq etdikdən sonra Türkiyə sahibkarları yüklərini Gürcüstan və Azərbaycan ərazisindən keçirməklə Qazaxıstana çatdırırlar.

Bildirişdə yüklərin dəniz limanlarından buraxılması üçün dövlət sərhədindəki uyğun buraxılış məntəqələrində nəzarətin həyata keçirilməsi, asanlaşdırılması və sürətləndirilməsi istiqamətində dövlət orqanları ilə "Atamekan"ın bir sıra tədbirlər görüldüyü vurğulanıb.

Xatırladaq ki, 10 vaqon və 20 qırxfutluq konteynerdən ibarət olan sınaq qatarı Ukraynanın İlyiçevsk limanından yanvarın 15-də yola salınıb. Qatar yanvarın 20-də Gürcüstanın Poti limanına çatıb. Azərbaycandan sonra qatar Qazaxıstan-Çin marşrutu ilə yola düşüb.

Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu ilə hərəkət edən, bərə keçidləri və quru yolu əhatə edən sınaq konteyner qatarı yanvarın 31-də Çin sərhədinə çatıb.

Yüklə doldurulmuş qatar daha sonra Çindən geriyə hərəkət edərək Azərbaycana qayıdacaq.

Son xəbərlər

Orphus sistemi