Dövlət Bağçalı: “Türkiyədə edam cəzasının bərpasına dəstək verməyə hazırıq”

Dövlət Bağçalı: “Türkiyədə edam cəzasının bərpasına dəstək verməyə hazırıq” “Əgər AKP buna hazırdırsa, biz də bu məsələdə varıq”
Region
19 İyul , 2016 12:15
Dövlət Bağçalı: “Türkiyədə edam cəzasının bərpasına dəstək verməyə hazırıq”

Bakı. 19 iyul. REPORT.AZ/ “Türkiyədə edam cəzasının bərpasına dəstək verməyə hazırıq”.

“Report”un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı bildirib.

“Edam tələbi çox tez-tez səsləndirilir. Əgər Ədalət və İnkişaf Partiyası (AKP) buna hazırdırsa, biz də bu məsələdə varıq. Bu məsələnin reallaşmasını könül istəyi ilə yerinə yetirərik”, - deyə D.Bağçalı vurğulayıb.

MHP sədri deyib ki, Türkiyə Cümhuriyyəti okeanın o tayından bombardmana məruz qalıb: "Ona görə də ABŞ bu terror təşkilatının başçısını Türkiyəyə dərhal təslim etməlidir".

Son xəbərlər

Orphus sistemi