​MHP sədri partiyanın qurultayının tarixini açıqlayıb

​MHP sədri partiyanın qurultayının tarixini açıqlayıb Alparslan Türkeşin şəxsi həkimi Selam Kaptanoğlu namizəd olacağını açıqlayıb
Region
10 Noyabr , 2015 10:59
​MHP sədri partiyanın qurultayının tarixini açıqlayıb

Bakı. 10 noyabr. REPORT.AZ/ "Yetərli imza tapa biləcəklərsə, buyurub, toplasınlar. MHP-nin növbəti qurultayının tarixi bəllidir. 2018-ci il martın 18-i gözəl bir tarixdir. Çanaqqala zəfərinin növbəti ildönümüdür".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli partiyanın qurultayının keçirilməsi ilə bağlı açıqlamasında bildirib.

MHP sədri deyib ki, bu məsələ ilə bağlı tələblərə ciddi yanaşmır.

Qeyd edək ki, MHP sədrliyinə iddiaçılar arasında Maral Akşener və Sinan Oğanın adları hallandığı halda, partiyanın qurucusu Alparslan Türkeşin şəxsi həkimi Selam Kaptanoğlu öz namizədliyini irəli sürəcəyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi