Bakı. 25 may. REPORT.AZ/ Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) fövqəladə qurultayı iyulun 10-da keçiriləcək.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu partiyanın sədri Dövlət Baxçalı yaydığı yazılı açıqlamada bildirib.
"MHP təşkilati məsələyə baxılacaq fövqəladə qurultayını iyulun 10-da keçirəcək. Kim, ya da kimlər partiya sədrliyinə namizəd olacaqsa, mənimlə yarışacaq", - deyə Dövlət Baxçalı bildirib.
O, partiya nizamnaməsinə dəyişikliyə mərhələ-mərhələ baxılacağını da vurğulayıb.
Qeyd edək ki, MHP-də sədrə müxalif olanlar mayın 15-də fövqəladə qurultay keçirməyi planlaşdırmışdı. Ancaq məhkəmə bununla bağlı vaxt təyin etdiyindən və bu tədbiri keçirmək istəyənlər arasında ortaq mövqe olmadığından qurultayı həmin tarixdə reallaşdırmaq mümkün olmayıb.