Bakı. 11 iyun. REPORT.AZ/ "Əsas şərtlərimiz qəbul edillərsə, koalisya haqda düşünə bilərik".
"Report" türk KİV-ə istinadən xəbıər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) sədri Dövlət Bahçeli b+ildirib.
Xəbərə görə, o, partiyasının İdarə heyətinin 3 saat sürən toplantısından sonra koalisiya ilə bağlı şətrlərini açıqlayıb: "Prezident Rəcəb Tayyib Ərdoğan mövcud konstitusiyadakı səlahiyyətləri daxilində fəaliyyət göstərəməli, Əsas Qanundakı tərəfsizliyini saxlanmalıdır.
"Çözüm sürəci" adlı məsələ gündəlikdən çıxarılmalı, 2013-cü il dekabrın 17 və 25-də keçirilən antikorrupsiya əməliyyatından sonra adları rüşvət hadisələrində çəkilənlərlə bağlı cinayət işi açılmalı, hakimiyyətdə olan Ədalət və Hakim Partiyasından olan keçmiş 4 nazirin işi
Qeyd edək ki, bu həftənin sonunda MHP-nin Məclisi, vilayət sədrləri, bələdiyyə sədrləri və sonuncu seçkidə deputat seçilən 80 millət vəkilləri toplanaraq, koalisiya hökuməti ilə bağlı yekun məsləhətləşmələr keçirəcəklər.