Meral Akşener MHP-dən xaric olunub

Meral Akşener MHP-dən xaric olunub MHP Mərkəzi İntizam Komitəsi onun partiya sıralarından çıxarılmasına yekdilliklə qərar verib
Region
8 Sentyabr , 2016 18:50
Meral Akşener MHP-dən xaric olunub

Bakı. 8 sentyabr. REPORT.AZ/ Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) Mərkəzi İntizam Komitəsi Meral Akşenerin partiya üzvlüyündən çıxarılmasına yekdilliklə qərar verib.

"Report"un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, komitənin sədri Xəlil Öztürk yazılı açıqlamasında bildirib ki, partiya Nizamnaməsinin 11-ci, 79-cu və 81-ci maddələrinə uyğun olaraq, partiya sıralarından çıxarılma tələbi ilə Mərkəzi İntizam Komitəsinə sövq edilən Meral Akşener haqqında məsələ bu gün müzakirə edilib.

"Müzakirələrin sonunda gizli səsvermə ilə MHP İstanbul Üsküdar rayon təşkilatının üzvü Meral Akşenerin partiya üzvlüyündən çıxarılmasına yekdilliklə qərar verilib" - X.Öztürk deyib.

Xatırladaq ki, bu il iyunun 7-də Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə Meral Akşener İstanbuldan millət vəkili seçilib. Ancaq noyabrın 1-də keçirilən növbədənkənar seçkidə isə MHP rəhbərliyi onun namizədliyini irəli sürməyib. M.Akşener MHP-nin növbədənkənar qurulutayın keçirilməsini dəstəkləyənlərdən olub. Bundan əvvəl Sinan Oğan, Koray Aydın növbədənkənar qurultayın keçirilməsi təklifi ilə çıxış edib, MHP sədri Dövlət Bahçəliyə rəqib olacaqlarını bildirmişdilər.

Son xəbərlər

Orphus sistemi