​Mehmet Şimşək: "Rusiya qırıcısının vurulması barədə qərar türkiyəli pilot tərəfindən qəbul edilib"

​Mehmet Şimşək: "Rusiya qırıcısının vurulması barədə qərar türkiyəli pilot tərəfindən qəbul edilib" "Türkiyənin heç vaxt Rusiyaya qarşı düşmənçilik hissi olmayılb və olmayacaq"
Region
26 İyul , 2016 19:55
​Mehmet Şimşək: Rusiya qırıcısının vurulması barədə qərar türkiyəli pilot tərəfindən qəbul edilib

Bakı. 26 iyul. REPORT.AZ/ Rusiyanın "Su-24M" qırıcısının vurulması haqqında qərar türkiyəli pilot tərəfindən qəbul edilib.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərlə görüş zamanı Türkiyə baş nazirinin müavini Mehmet Şimşək bildirib.

"Qərar şəxsən təyyarənin pilotu tərəfindən qəbul edilib", - o deyib.
M.Şimşək söyləyib ki, bu vəziyyət hərbçilərə müəyyət vəziyyətlər zamanı qərar qəbul etmək hüququnun verilməsinə dair mövcud qayda ilə bağlıdır.

"Türkiyənin heç vaxt Rusiyaya qarşı düşmənçilik hissi olmayılb və olmayacaq", - baş nazirin müavini diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi