Krım Tatar Məclisi "ekstremist" təşkilat elan edilib

Krım Tatar Məclisi "ekstremist" təşkilat elan edilib Məclis Krım tatarlarının səlahiyyətli təşkilatıdır
Region
26 Aprel , 2016 15:24
Krım Tatar Məclisi ekstremist təşkilat elan edilib

Bakı. 26 aprel. REPORT.AZ/ Rusiyanın ilhaq etdiyi Krım yarımadasındakı məhkəmə Krım-Tatar Məclisini "ekstremist" təşkilat elan edərək, onun Rusiya ərazisində fəaliyyətinin qadağan olunması haqda qərar çıxarıb.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Rusiyanın Ədliyyə Nazirliyi də Krım-Tatar Məclisini fəaliyyəti federasiya ərazisində qadağan olunan "ekstremist" təşkilatlar siyahısına daxil edib.

Qeyd edək ki, bu ilin fevralında ilhaq edilən Krımın prokuroru Natalya Polonskaya təşkilatın "anti-Rusiya" istiqmətində fəaliyyət göstərdiyi haqda iddia qaldımışdı. O, Məclisin rəhbərləri Mustafa Cəmilev və Refat Çubarovun da anti-Rusiya fəaliyyətindən narahatlığını bildirmişdi.

Məclis Krım tatarlarının səlahiyyətli təşkilatıdır. Təşkilatın liderləri Mistafa Cemilev və Refat Çubarov yarımadanın Rusiya tərəfindən ilhaqına qarşı çıxış edirlər. 

Son xəbərlər

Orphus sistemi