Mövlud Çavuşoğlu ​Məhəmməd Mursiyə Türkiyə vətəndaşlığı verilməsi məsələsinə aydınlıq gətirib

Mövlud Çavuşoğlu ​Məhəmməd Mursiyə Türkiyə vətəndaşlığı verilməsi məsələsinə aydınlıq gətirib Türkiyə XİN başçısı: "Biz Misirlə münasibətimizdən narahat olduğumuzu dost ölkələrlə bölüşmüşük"
Region
4 İyun , 2015 19:55
Mövlud Çavuşoğlu ​Məhəmməd Mursiyə Türkiyə vətəndaşlığı verilməsi məsələsinə aydınlıq gətirib

Bakı. 4 iyun. REPORT.AZ/ "Qanunlar çərçivəsində ölkəmizdə qonaqları qəbul etməyə bilmərik". "Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yerli telekanallardan birinə Misirin devrilmiş prezidenti Məhəmməd Mursiyə Türkiyə vətəndaşlığı verilməsi məsələsini şərh edərkən deyib.

"Bu haqda söhbət getmir. Uyğun təşəbbüs də qəbul edilməyib. Ancaq biz lap əvvəldən Misirlə münasibətimizdən narahat olduğumuzu dost ölkələrlə bölüşmüşük. Misirdəki hərbi çevrilişi qəbul etməyimiz mümkünsüzdür. Onlar müxalif mövqedə olan hər kəsi əzdilər. Bu adamlar vəziyyəti radikallaşdırdılar, biz buna qarşıyıq. Mursi ölümlə cəzalanacaq nə iş görüb? Biz Mursi həbsxanadan çıxandan sonra üçüncü ölkədə yaşaya bilər dedikdə Türkiyəni nəzərdə tutmamışıq. Ancaq qanunlar çərçivəsində ölkəmiz qonaqları qəbul edə bilər. Əlbəttə, Mursi azadlığa buraxılaraq siyasi fəaliyyətini öz ölkəsində davam etdirsə, daha ideal olar", - o vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi