Məhəmməd Cavad Zərif İran parlamentində tarixi razılaşmanı şərh edəcək

Məhəmməd Cavad Zərif İran parlamentində tarixi razılaşmanı şərh edəcək İranın xarici işlər naziri bu gün ölkə parlamentində hesabat mahiyyətli çıxış edəcək
Region
21 İyul , 2015 02:17
Məhəmməd Cavad Zərif İran parlamentində tarixi razılaşmanı şərh edəcək

Bakı. 21 iyul. REPORT.AZ/ İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün ölkə parlamentində hesabat mahiyyətli çıxış edəcək.

"Report"un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, İranlı nazir "altılıq" ölkələri ilə 20 ay davam edən danışıqların yekunu olaraq imzalanan nüvə proqramına dair razılaşmanı şərh edəcək.

İcra ediləcəyi halda iyulun 14-də imzalanan 159 səhifəlik saziş dünya tarixinə düşə bilər. Bu sənəd bölgədə və dünyada ciddi yerdəyişmələrin baş verməsinə və dönüşə səbəb olacaq əhəmiyyətə və dəyərə malikdir.

Əldə olunan razılaşma, habelə bölgədə yeni siyasi səhnənin yaranması ilə nəticələnə bilər. 

Son xəbərlər

Orphus sistemi