​Medvedev: "Terrorçuluqla mübarizədə müttəfiqləri doğmaya-yada ayırmaq olmaz"

​Medvedev: "Terrorçuluqla mübarizədə müttəfiqləri doğmaya-yada ayırmaq olmaz" "Vaxtilə ABŞ "Əl-Qaidə"nin möhkəmlənməsinə imkan yaratdı ki, bu da 11 sentyabr faciəsinə gətirib çıxardı"
Region
23 Noyabr , 2015 01:36
​Medvedev: Terrorçuluqla mübarizədə müttəfiqləri doğmaya-yada ayırmaq olmaz

Bakı. 23 noyabr. REPORT.AZ/ Rusiyanın baş naziri Dmitri Medvedev bildirib ki, terror təhlükəsi ilə mübarizədə müttəfiqləri doğmaya-yada ayırmaq olmaz.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə o, ABŞ prezidentinin Rusiyanın Suriya münaqişəsindəki roluna dair şərhini qiymətləndirərkən bildirib.

"Vaxtilə ABŞ "Əl-Qaidə"nin möhkəmlənməsinə imkan yaratdı ki, bu da 11 sentyabr faciəsinin baş verməsinə gətirib çıxardı. Bu dərslər bir fikri təsdiqləyir ki, terror təhlükəsi ilə yalnız əlbir olaraq mübarizə aparmaq mümkündür, müttəfiqləri bu mübarizədə doğmaya və yada ayırmadan", — deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi