MDB ölkələrinin Dövlətlərarası Ekoloji Şurası ilk iclasını keçirəcək

MDB ölkələrinin Dövlətlərarası Ekoloji Şurası ilk iclasını keçirəcək İclas zamanı ekologiya və ətraf mühitin mühafizəsi üzrə MDB dövlətlərarası razılaşmaların icrası təhlil olunacaq
Region
3 Oktyabr , 2014 15:23
MDB ölkələrinin Dövlətlərarası Ekoloji Şurası ilk iclasını keçirəcək
Bakı. 3 oktyabr. REPORT.AZ/ Oktyabr ayının 6-da Minsk şəhərində Müstəqil Dövlətlər Birliyinə ()MDB) üzv ölkələrin Dövlətlərarası Ekoloji Şurasının iclası keçiriləcək. "Report"  MDB İcraiyyə Komitəsinə istinadən xəbər verir ki, görüş Şuranın 2013-cü il may ayında yaranmasından sonra ilk iclası olacaq. Görüş zamanı Dövlətlərarası Ekoloji Şuranın sədri və həmsədrlərinin seçilməsi, eləcə də ekologiya və ətraf mühitin mühafizəsi üzrə MDB dövlətlərarası razılaşmaların icrasının təhlil olunması, gələcək əməkdaşlıq perspektivlərinin və 2015-2016-cı illər üçün Şuranın iş planının müzakirə olunması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi