MDB ölkələri Kosmos üzrə Dövlətlərarası Şura yaratmaq niyyətindədir

MDB ölkələri Kosmos üzrə Dövlətlərarası Şura yaratmaq niyyətindədir MDB-yə üzv ölkələr dinc məqsədlər üçün kosmosdan istifadə üzrə yeni saziş hazırlayır
Region
13 Oktyabr , 2016 13:12
MDB ölkələri Kosmos üzrə Dövlətlərarası Şura yaratmaq niyyətindədir

Bakı. 13 oktyabr. REPORT.AZ/ MDB-yə üzv ölkələr dinc məqsədlər üçün kosmosdan istifadə üzrə yeni saziş hazırlayır. Saziş özündə Kosmos üzrə Dövlətlərarası Şura yaradılması ideyasını ehtiva edir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyinin Aerokosmik Komitəsinin (Kazkosmos) sədri Yerkin Şaymaqambetov Alma-Atada keçirilən MDB ölkələrinin icra hakimiyyəti orqanları nümayəndələrinin kosmik sektorda əməkdaşlığa dair yeddinci iclasının yekununda məlumat verib.

Kazkosmos-un rəhbərinin sözlərinə görə, bu saziş 1992-ci ilin anlaşmasını əvəz edəcək. Yeniliklərdən biri isə MDB ölkələrində Kosmos üzrə Dövlətlərarası Şuranın yaradılması ola bilər.

Son xəbərlər

Orphus sistemi