MDB hökumət başçıları Şurasının növbəti iclası Astanada keçiriləcək

MDB hökumət başçıları Şurasının növbəti iclası Astanada keçiriləcək MDB HBŞ-nin növbəti iclası 2015-ci il mayın 29-da Qazaxıstanın paytaxtında baş tutacaq
Region
21 Noyabr , 2014 14:14
MDB hökumət başçıları Şurasının növbəti iclası Astanada keçiriləcək

Bakı. 21 noyabr. REPORT.AZ/ MDB hökumət başçıları Şurasının növbəti iclası 2015-ci il mayın 29-da Qazaxıstanın paytaxtı Astanada keçiriləcək. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev Aşqabadda keçirilən MDB HBŞ  geniştərkibli iclasında bildirib.

Lebedevin sözlərinə görə, Şuranın məhdud tərkibdə iclasında nümayəndə heyətlərinin rəhbərləri iqtisadi əməkdaşlıq məsələlərini, o cümlədən azad ticarət zonası haqqında müqavilə müddəalarının həyata keçirilməsinin gedişini müzakirə ediblər. 

Hökumət başçıları Şurasının iclasında Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan və Özbəkistanın baş nazirləri iştirak edir. Azərbaycan və Türkmənistanı baş nazirin birinci müavinləri, Ukraynanı - ölkənin Türkmənistandakı səfiri, Moldovanı isə - ölkənin Belarusdakı səfiri təmsil edir.

Son xəbərlər

Orphus sistemi