Bakı. 16 sentyabr. REPORT.AZ/ MDB Dövlət Başçıları Şurasının zirvə toplantısında 2017-ci il yanvarın 1-dən sədrliyin Rusiyaya keçməsinə dair qərarı rəsmiləşdirilib.
"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, növbəti zirvə toplantısı 2017-ci il oktyabrın 11-də Moskvada keçiriləcək.