​Makedoniyada fövqəladə vəziyyət elan edilib

​Makedoniyada fövqəladə vəziyyət elan edilib Yunanıstanla sərhədlər bağlanıb
Region
20 Avqust , 2015 20:18
​Makedoniyada fövqəladə vəziyyət elan edilib

Bakı. 20 avqust. REPORT.AZ/ Makedoniyada fövqəladə vəziyyət elan edilib və Yunanıstanla sərhədlər bağlanıb. "Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda bildirilir ki, Makedoniya hökuməti Suriya, İraq və Əfqanıstan miqrantlarının ölkəyə giriş-çıxışına nəzarət etmək, qaçqınların axın etdiyi regionlarda yaşayan ölkə vətəndaşlarının təhlükəsizliyini təmin etmək və sığınacaq almaq istəyənlərin işini asanlaşdırmaq üçün bu addımı atıb Makedoniya Daxili İşlər Nazirliyinin sözçüsü İvo Kotevski deyib ki, Yunanıstanla sərhəddən miqrantların qeyri-qanuni yolla ölkəyə daxil olmasına nəzarət etmək üçün belə tədbirlərin alınması zəruridir. 

Nazirlik bəyanatında həmçinin Yunanıstan tərəfindən davamlı qeyri-qanuni olaraq sərhədin pozulduğunu da vurğulayıb. Makedoniya bu məsələ ilə bağlı Avropa Birliyindən də yardım istəmişdi.

Hazırda Makedoniya sərhədlərində girişləri nəzarət altına almaq üçün hərbçilər və polislər ciddi təhlükəsizlik tədbirləri görməyə başlayıb.

Son xəbərlər

Orphus sistemi