Bakı. 2 dekabr. REPORT.AZ/ "Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşməyə hazıram".
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdiyi brifinqdə deyib.
Məlumata görə, rusiyalı nazir Belqradda Mövlud Çavuşoğlu ilə görüşə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, dekabrın 3-4-də Serbiyanın paytaxtı Belqradda ATƏT-ə üzv dövlətlərin xarici işlər nazirlərinin illik toplantısı keçiriləcək.