​Lavrov: "Türk axını"nın inşası haqda razılaşma qüvvədə qalır"

​Lavrov: "Türk axını"nın inşası haqda razılaşma qüvvədə qalır" "Rəcəb Tayyib Ərdoğan sentyabrın 23-də Moskvada Vladimir Putinlə görüşündə bunu təsdiqləyib"
Region
14 Oktyabr , 2015 15:56
​Lavrov: Türk axınının inşası haqda razılaşma qüvvədə qalır

Bakı. 14 oktyabr. REPORT.AZ/ "Ankara ilə Moskva arasında "Türk axını"nın inşası haqda razılaşma qüvvədə qalır".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dumadakı çıxında bildirib.

"Siyasi razılaşma qüvvədədir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 23-də Moskvada Cümə məscidinin açılışı tədbirində Vladimir Putinlə görüşündə bunu təsdiqləyib", - o vurğulayıb.

Onun sözlərinə görə, Türkiyədə seçkilər keçirildiyindən (noyabrın 1-də Türkiyə Böyük Millət Məclisinə seçkilər keçiriləcək) müvafiq sənədi imzalayacaq səlahiyyətli yoxdur.

Son xəbərlər

Orphus sistemi