​KTMT-nin növbəti toplantısının keçiriləcəyi yer açıqlanıb

​KTMT-nin növbəti toplantısının keçiriləcəyi yer açıqlanıb Təşkilatın toplantısında Qafqaz regionundakı hərbi-siyasi vəziyyət də müzakirə edilib
Region
16 Avqust , 2016 15:35
​KTMT-nin növbəti toplantısının keçiriləcəyi yer açıqlanıb

Bakı. 16 avqust. REPORT.AZ/ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının növbəti toplantısı bu ilin oktyabrında Yerevanda keçiriləcək.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Seyran Ohanyan bildirib.

O, yığıncağın keçiriləcəyi tarix haqda dəqiq məlumat verməyib.

Erməni nazirin sözlərinə görə, KTMT-nin avqustun 16-da Yerevanda keçirilən toplantısında Qafqaz regionundakı hərbi-siyasi vəziyyət də müzakirə edilib. 

Qeyd edək ki, bu gün Yerevanda KTMT-nin toplantısı keçirilib. Yığıncaqda qurumun baş katibi Nikolay Bordyuja, təşkilatın Birləşmiş Qərargahının rəisi Anatoli Sidorov, Rusiyanın müdafiə naziri Sergey Şoyqu, Qazaxıstanın müdafiə naziri İmanqali Tasmaqambetov, Belarusun müdafiə naziri Andrey Ravkov, Qırğızıstan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Raimberdı Duyşenbiyev, Tacikistan müdafiə nazirinin müavini Abduxoşim Qulomzoda iştirak ediblər. 

Son xəbərlər

Orphus sistemi