​Krım tatarlarının lideri: "Yarımadayla sərhəddə hərbi birləşmə yaratmağı planlaşdırırıq"

​Krım tatarlarının lideri: "Yarımadayla sərhəddə hərbi birləşmə yaratmağı planlaşdırırıq" "Biz bu kimi məsələləri Türkiyə ilə müzakirə etmək istərdik"
Region
18 Dekabr , 2015 15:42
​Krım tatarlarının lideri: Yarımadayla sərhəddə hərbi birləşmə yaratmağı planlaşdırırıq

Bakı. 18 dekabr. REPORT.AZ/ "Krımla sərhəddə Ukrayna Silahlı Qüvvələrinin tərkibində ölkənin müdafiə nazirinə tabe olacaq hərbi birləşmə yaratmağı planlaşdırırıq".

"Report" UNİAN agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna prezidentinin Krım tatarlarının işləri üzrə səlahiyyətli nümayəndəsi, deputat Mustafa Cemilev bildirib.

"Ukraynanın imkanları məhduddur. Hərbi birləşmənin geyim, silah, ərzaq və başqa ləvazimatlarla təchiz edilməsi kimi məsələlər var. Gündəlikdə bu xərclər durur. Biz bu kimi məsələləri Türkiyə ilə müzakirə etmək istərdik. Hərbi birləşməni Ukraynanın Xerson vilayətində yaratmağ planlaşdırırıq", - o vurğulayıb.

Krım tatarlarının liderləri Mustafa Cemilev və Refat Çubarov dekabrın 16-17-də Türkiyədə səfərdə olublar. Onların Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkənin baş naziri Əhməd Davudoğlu ilə görüşdükləri bildirilib.

Bir müddət öncə Mustafa Cemilev Nyu-Yorkda BMT-nin mənzil-qərargahında keçirdiyi mətbuat konfransında Krımın Rusiya tərəfindən ilhaq edildiyini, Kremlin yarımadanı hərbi, hətta nüvə silahı bazasına çevirmək üçün səy göstərdiyini bəyan etmişdi.  

Son xəbərlər

Orphus sistemi