​Kreml Putinin Ərdoğanla təmasdan yayınmasının səbəbini açıqlayıb

​Kreml Putinin Ərdoğanla təmasdan yayınmasının səbəbini açıqlayıb Türkiyə prezidenti rusiyalı həmkarı ilə üz-üzə görüşmək istədiyini bildirib
Region
27 Noyabr , 2015 18:52
​Kreml Putinin Ərdoğanla təmasdan yayınmasının səbəbini açıqlayıb

Bakı. 27 noyabr. REPORT.AZ/ "Türkiyə rəhbərliyi "Su-24"lə bağlı üzrxahlıq etmədiyindən Kreml rəsmi Ankara ilə təmaslardan yayınır".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov "Rusiya rəhbərliyi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşmək təklifinə niyə cavab vermir" sualına cavabında deyib.

"Türkiyə tərəfdən təyyarə olayı ilə bağlı adi üzrxahlıq etməyə hazırlığın olduğunu da görmürük", - Y.Uşakov vurğulayıb.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə mövcud gərginliyə dair məsələləri üz-üzə müzakirə etmək istədiyini bildirib. 

Son xəbərlər

Orphus sistemi