​Köln şəhərində Ərdoğana dəstək mitinqinə 40 min adam toplaşıb

​Köln şəhərində Ərdoğana dəstək mitinqinə 40 min adam toplaşıb Aksiyanın sonunda Türkiyə liderinin müraciəti oxunub
Region
1 Avqust , 2016 00:25
​Köln şəhərində Ərdoğana dəstək mitinqinə 40 min adam toplaşıb

Bakı. 1 avqust. REPORT.AZ/ Ötən gün Almaniyanın Köln şəhərində on minlərlə insan, ilk növbədə türk əsilli alman Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana dəstək mitinqinə toplaşıb.

"Report" xəbər verir ki, bəzi qiymətləndirmələrə görə, aksiyada təqribən 40 min adam iştirak edib.

Polisin məlumatına görə, mitinq təşkilatçıları şəhərin Doyts rayonunda qurulan səhnəyə Türkiyə Cumhuriyyətinin ilk prezidenti Mustafa Kamal Atatürkün fotosunu asıblar. Tribuna qarşısındakı ərazi tamamilə dolu olub.

Nümayiş iştirakçıları iyulun ortalarında baş verən dövlət çevrilişi cəhdi nəticəsində həyatını itirənlərin, həmçinin bu yaxınlarda Almaniya, Türkiyə və Fransada qeydə alınan terror aktları qurbanlarının xatirəsini 1 dəqiq sükutla yad ediblər.

Aksiyanın sonunda Türkiyə liderinin mitinq iştirakçılarına müraciəti oxunub.

Son xəbərlər

Orphus sistemi