Türkiyədə koalisiya hökumətinin qurulması üçün görüşlərin tarixi açıqlanıb

Türkiyədə koalisiya hökumətinin qurulması üçün görüşlərin tarixi açıqlanıb Əhməd Davudoğlu: "Ağırlığı CHP və MHP-yə verərək, nəticə almağa çalışacağıq"
Region
10 İyul , 2015 16:21
Türkiyədə koalisiya hökumətinin qurulması üçün görüşlərin tarixi açıqlanıb

Bakı. 10 iyul. REPORT.AZ/ Türkiyə baş naziri səlahiyyətlərini icra edən hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Əhməd Davudoğlu koalisiya hökumətinin qurulması üçün partiya liderləri ilə keçirəcəyi görüşlərin vaxtını açıqlayıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Ə.Davudoğlu iyulun 13-də Cümhuriyyət Xalq Partiyası (CHP), 14-də Milliyyətçi Hərəkat Partiyası (MHP) və 15-də isə Xalqların Demokratik Partiyasında görüş keçirəcək.

"Problem olmadan bir yerdə işləyə biləcəyiniz partiya hansdır" sualına AKP lideri belə cavab verib: "Hamısı ilə görüşəcəyik. MHP və ya CHP ilə koalisiyanın qurula biləcəyi ortaya çıxıb. Ağırlığı bu iki partiyaya verərək, nəticə almağa çalışacağıq".

Son xəbərlər

Orphus sistemi