Bakı. 18 iyul. REPORT.AZ/ Türkiyədə dövlət işçilərinin, məmurların ölkədən xaricə getməsinə qadağa qoyulub. Xüsusi kateqoriya məmurların səfərlərinin baş tutması üçün əlavə tələblər tətbiq edilir.
"Report" xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Türkiyə Xarici İşlər Nazirliyindəki mənbənin telekanala verdiyi məlumata görə, ölkədən xaricə çıxış bütün məmurlar üçün dayandırılıb. Xidməti pasport sahibləri səfərlərinin məqsədi və müddəti ilə bağlı iş yerindən arayış təqdim etməlidirlər.