Bakı. 26 oktyabr. REPORT.AZ/ Rusiyanın "Taktiki raket silahı" şirkəti Suriyadakı əməliyyatlarla əlaqədar üçnövbəli iş rejimində fəaliyyət göstərir.
"Report" xəbər verir ki, bu haqda "Kommersant-Vlast" qəzeti məlumat yayıb.
Məlumata görə, şirkət idarə edilən raketlər, aviasiyalar, quru və su üçün taktiki kompleks və əməliyyat-taktiki raketlər, eləcə də raket-kosmik kompleksi və sistemlər hazırlayaraq istehsal edir.
Xəbərdə bildirilib ki, Rusiya döyüş təyyarləri Suriyanı bombalamağa başlayandan şirkətin istehsal etdiyi raketlərə tələbat artıb.
Qeyd edək ki, bombardmanda Rusiyanın "Su-25", "Su-24M", "Su-34" və "Su-30SM" döyüş təyyarələrindən istifadə edilir.