​KİV: "Rusiyalı hərbçi qətl zamanı anlaqlı vəziyyətdə olub"

​KİV: "Rusiyalı hərbçi qətl zamanı anlaqlı vəziyyətdə olub" Valeri Permyakovun məhkəməsi 102 saylı hərbi bazanın ərazisində keçiriləcək
Region
9 Aprel , 2015 14:06
​KİV: Rusiyalı hərbçi qətl zamanı anlaqlı vəziyyətdə olub

Bakı. 9 aprel. REPORT.AZ/ Rusiyanın Ermənistandakı hərbi bazasının müddətli hərbçisi Valeri Permyakov erməni ailəsinin 7 üzvünü qətlə yetirərkən anlaqlı vəziyyətdə olub.

"Report" xəbər verir ki, bu haqda "İnterfax" məlumat yayıb.

Belə ki, keçirilən psixiatrik ekspertiza hadisəni törədən zaman onun anlaqlı olduğunu təsdiqləyib.

Xatırladaq ki, Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının hərbçisi Valeri Permyakov bu il yanvarın 12-də bir erməni ailəsinin 7 üzvünü qətlə yetirib.

Bir müddət öncə onun məhkəmə prosesinin açıq şəraitdə 102 saylı hərbi bazanın ərazisində keçiriləcəyi haqda xəbər yayılmışdı.

Son xəbərlər

Orphus sistemi