​KİV: "Rusiya və Türkiyə arasında mal dövriyyəsi əməli olaraq dayandırılıb"

​KİV: "Rusiya və Türkiyə arasında mal dövriyyəsi əməli olaraq dayandırılıb" "Artıq bu gün Türkiyə mallarının Rusiya ərazisinə tədarükünə embarqo qoyula bilər"
Region
26 Noyabr , 2015 08:41
​KİV: Rusiya və Türkiyə arasında mal dövriyyəsi əməli olaraq dayandırılıb

Bakı. 26 noyabr. REPORT.AZ/ Ötən gündən etibarən Rusiya və Türkiyə arasında mal dövriyyəsi əməli olaraq dayandırılıb: Rusiya gömrüyü türk mallarını ölkəyə buraxmır. Bütün məhsul və sənaye malları partiyaları daha diqqətlə yoxlanılma üçün saxlanılır.

"Report" xəbər verir ki, bu barədə "Kommersant" yazıb.

Nəşrin məlumatına görə, artıq bu gün Türkiyə mallarının Rusiya ərazisinə tədarükünə embarqo qoyula bilər. Mənbə qeyd edir ki, hökumətdə Türkiyə məhsullarının məhz hansı bəhanə altında qadağan olunması məsələsinə baxılır.

Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçevin sözlərinə görə, embarqo tətbiq olunacağı təqdirdə Rusiya bunun nəticəsini ciddi hiss etməyəcək. Türkiyədən gətirilən meyvə və tərəvəzi İran, Azərbaycan, Özbəkistan, Məkareş, İsrail, CAR və Argentinadan tədarüklər əvəz edəcək. RİA "Novosti"inin məlumatına görə, nazir defisit olmayacağını bildirib.

Türkiyə Rusiyaya ümumi tərəvəz idxalı həcminin 20 faizini tədarük edir. Rusiya bazarında Türkiyədən gətirilən sitrus bitkilərinin payı 25 faizdir. Ölkə Rusiya taxılının fəal alıcısıdır. 2015-ci ilin əvvəlindən 3,5 milyon ton taxıl ixrac olunub.

Son xəbərlər

Orphus sistemi