​KİV: Rusiya Suriyanın ərazilərini 138 dəfə bombalayıb, 17-si uşaq olmaqla 93 dinc sakin ölüb

​KİV: Rusiya Suriyanın ərazilərini 138 dəfə bombalayıb, 17-si uşaq olmaqla 93 dinc sakin ölüb Terroçu "PYD" və "YPG" də qurudan müxalifətin nəzarəti altında olan Atme və Kastillo bölgələrinə hücum edib
Region
2 Mart , 2016 10:51
​KİV: Rusiya Suriyanın ərazilərini 138 dəfə bombalayıb, 17-si uşaq olmaqla 93 dinc sakin ölüb

Bakı. 2 mart. REPORT.AZ/ Rusiya hərbi təyyarələrinin Suriya ərazilərini bombalaması nəticəsində 17-si uşaq olmaqla 93 dinc sakin həyatını itirib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, Rusiya qırıcılarının bombaladığı şəhərlər arasında Suriyanın Hələp, Dəra, Hama, İdlip, Laskiye, Türkməndağı, Kürtdağı, Dəməşq, Humus, Harben Nefse, Telbisse, Sahl əl-Gab, Həyyam, Kəfər Hamra və Doğu Guta şəhərləri də var. Ümumiyyətlə, ötən gün Rusiya təyyarələri müxalifətin nəzarət altında olan bölgələri 138 dəfə bombalayıb.

Terrorçu PKK-nın Suriyadakı qolları - "PYD" və "YPG" də qurudan müxalifətin nəzarəti altında olan Atme və Kastillo bölgələrinə, Bəşşar Əsədə bağlı silahlılar isə ölkənin Türkməndağı, Obin, Acebayır və İdlip rayonlarına qurudan hücum ediblər.

Qeyd edək ki, Suriya İnsan Haqları Şəbəkəsinin hesabatına əsasən, fevralda 182-si qadın, 110-u uşaq olmaqla 651 dinc sakin həyatını itirib. Onların 31-nin işgəncə verilərək, öldürüldüyü bildirilib.

Xatırladaq ki, fevralın 27-dən Suriyada atəşkəs rejiminin tətbiqinə dair ABŞ-la Rusiya arasında razılıq əldə edilib.

Son xəbərlər

Orphus sistemi