​KİV: İran təyyarəsinin mühərriki havada gövdəsindən ayrılaraq yerə düşüb

​KİV: İran təyyarəsinin mühərriki havada gövdəsindən ayrılaraq yerə düşüb Nəticədə göyərtəsində təxminən 300-yə yaxın sərnişinin olduğu təyyarə təcili eniş edib
Region
15 Oktyabr , 2015 17:15
​KİV: İran təyyarəsinin mühərriki havada gövdəsindən ayrılaraq yerə düşüb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Bu gün İrana məxsus sərnişin təyyarəsi paytaxt hava limanına təcili eniş edib. "Report" TASS-a istinadən xəbər verir ki, buna səbəb uçuş zamanı təyyarənin mühərrikində nasazlığın baş verməsidir. Belə ki, təyyarənin mühərriki havadaykən yaranan problemlər nəticəsində gövdəsindən ayrılaraq yerə düşüb.

Nəticədə göyərtəsində təxminən 300-yə yaxın sərnişinin olduğu "Mahan Air" özəl aviaşirkətinə məxsus Tehrandan İranın cənubundakı Bəndər-Abbas şəhərinə uçuş həyata keçirən təyyarə paytaxtın Mehrabad hava limanına geri qayıdıb. 

Məlumata görə, hadisədə sərnişin və heyət üzvlərindən xəsarət alan olmayıb. Təyyarə modelinin adı açıqlanmayıb. 

Son xəbərlər

Orphus sistemi