İstanbulda avtobus dayanacağının yaxınlığında partlayış baş verib - FOTO - YENİLƏNİB

İstanbulda avtobus dayanacağının yaxınlığında partlayış baş verib - FOTO - YENİLƏNİB Partlayış İstanbul şəhərində avtobus dayanacağının yaxınlığında baş verib, xəsarət alanlar var
Region
7 İyun , 2016 10:37
İstanbulda avtobus dayanacağının yaxınlığında partlayış baş verib - FOTO - YENİLƏNİB

Bakı. 7 iyun. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində Beyazıt rayonunun Vezneciler metro stansiyası yaxınlığında polis maşınına bomba qoyulması nəticəsində partlayış baş verib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 8:30-da İstanbul Universitetinin yaxınlığından keçən polis maşınının partlaması nəticəsində meydana gəlib. Partlayışdan sonra odlu silahdan açılan atəş səsləri eşidilib.

5 polis əməkdaşının yaralanması barədə məlumat daxil olub. Birinin vəziyyətinin çox ağır olduğu bildirilir.

Çoxlu sayda təcili yardım maşını hadisə yerinə göndərilib.

*** 10:10

Türkiyənin İstanbul şəhərində avtobus dayanacağının yaxınlığında partlayış baş verib, xəsarət alanlar var.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir. 

Məlumata görə, partlayış İstanbulun Vezneciler rayonunda baş verib. Hadisə yerinə polis və təcili tibbi yardım maşınları gəlib.

Son xəbərlər

Orphus sistemi