​KİV: İŞİD-in 21 intiharçı-terrorçusu Türkiyədə axtarılır

​KİV: İŞİD-in 21 intiharçı-terrorçusu Türkiyədə axtarılır Onların 19-nun fotosu əldə edilib
Region
13 Oktyabr , 2015 18:20
​KİV: İŞİD-in 21 intiharçı-terrorçusu Türkiyədə axtarılır

Bakı. 13 oktyabr. REPORT.AZ/ Türkiyədə İŞİD-in 21 intiharçı-terrorçusu axtarılır.

"Report" "CNNTürk"ə istinadən xəbər verir ki, onlardan 6-sı qadın, 15-i kişidir. Xəbərdə bildirilib ki, onların 18-i Türkiyənin Adıyaman bölgəsindəndir. Qadınlardan 3-ü əcnəbidir. Bu qadınlar qrupdakı kişilərlə evlidir.

Məlumata əsasən, 21 nəfər 2013-cü ildə Adıyamanda çay evinə toplaşıb və 2014-cü ilin ikinci yarısında Suriyaya keçərək İŞİD-ə qoşulublar. Ailə üzvləri şikayət etdikdən sonra bu adamlar "Terror xarakterli itkinlər" siyahısına daxil edilib və onların axtarışı elan olunub.

Təhlükəsizlik orqanları 21 nəfərin "Toxuçular qrupu"na ("Dokumacılar Grubu") aid olduğunu bildirib. Onların 19-nun fotosu əldə edilib. Həmin terrorçular intihar və partlayış törətməklə bağlı təlim görüblər. Qrupun bəzilərinin ötən aylarda Türkiyəyə keçdiyi müəyyənləşib.

Məlumatda bildirilib ki, İŞİD-in təlimatı əsasında "Toxucular qrupu" Türkiyədə fəallaşacaq.  

Son xəbərlər

Orphus sistemi