​KİV: İran ordusunun yüksək rütbəli zabitləri Suriyaya getməkdən imtina edir

​KİV: İran ordusunun yüksək rütbəli zabitləri Suriyaya getməkdən imtina edir İran mediası Suriyada 4 döyüşçünün ölməsi barədə xəbər yayıb
Region
7 Noyabr , 2015 13:47
​KİV: İran ordusunun yüksək rütbəli zabitləri Suriyaya getməkdən imtina edir

Bakı. 7 noyabr. REPORT.AZ/ İran İnqilab Keşikçiləri Qvardiyasının yüksək rütbəli zabitləri Suriyada Bəşşar Əsəd rejimi tərəfdən döyüşməkdən imtina edirlər.

"Report" xəbər verir ki, bu haqda "əş-Şarq əş-Ousat" məlumat yayıb.

Qvardiyada yüksək rütbəli zabitlərin istefa vermə hallarının artması buna səbəb kimi göstərilib.

İranda isə zabitlərin bu hərəkəti fərarilik kimi də qiymətləndirilir.

Xəbərdə bildirilib ki, son bir neçə həftədə qvardiyanın 30 hərbçisi Suriyadakı döyüşlərdə həyatını itirib.

İranın "əl-Qüds" qoşununun komandirlərindən birinin - Hüseyn Həmədaninin Suriyada İŞİD terrorçuları tərəfindən öldürülməsi zabitlərin istefasına təsir göstərən əsas amillərdən sayılır.

"Əl-Ərəbiyə" və "əl-Cəzirə" telekanalları isə bildirib ki, Livan "Hizbullah"ının silahlıları Suriyanın şimal-qərbində İdlib əyalətindəki döyüşdə ciddi itki veriblər.

Məlumatda bildirilib ki, noyabrın 4-5-də Suriyadakı döyüş zamanı bu terrorçu təşkilatın 16 silahlısı, o cümlədən "Hacı Cavad" adı ilə tanınan döyüş-səhra komandiri Əli Hüseyn Bəlxi də öldürülüb.

İran İnqilab Keşikçiləri Qvardiyası və onun əsas kadr bazası sayılan "Bəsic"in 4 döyüşçüsü də Suriyada həlak olub.

"Hizbullah" itkiləri haqda yayılan informasiyanı təkzib etsə də, İran KİV-i 4 döyüşçünün ölməsi barədə xəbər yayaraq məlumatı təsdiqləyib. 

Son xəbərlər

Orphus sistemi