KİV: Ermənistanda dövlət sistemi iflic vəziyyətdədir

KİV: Ermənistanda dövlət sistemi iflic vəziyyətdədir Dövlət məmurları "vaxt öldürmək"lə məşğuldur
Region
16 Sentyabr , 2016 14:40
KİV: Ermənistanda dövlət sistemi iflic vəziyyətdədir

Bakı. 16 sentyabr. REPORT.AZ/ "Ermənistanda bütün dövlət sistemi iflic vəziyyətdədir".

"Report" "Newsarmenia"ya istinadən xəbər verir ki, dövlət məmurları "vaxt öldürmək"lə məşğuldur.

"Sentyabrın 8-də hökumət buraxıldıqdan sonra nazirliklərin çoxunda həyat dayanıb. Məmurlar heç bir işlə məşğul olmurlar", - deyə Ermənistan KİV-i yazıb.

Qeyd edək ki, sentyabrın 8-də Ermənistanın baş naziri Ovik Abramyan və hökumət üzvləri istefa verib. Ölkə prezidenti Serj Sarqsyan yeni baş nazir postuna Karen Karapetyanı təyin edib. Yeni hökumət parlamentdə hələ təsdiqlənmədiyindən Nazirlər Kabinetinin bütün üzvləri nazir səlahiyyətlərini icra edir.

Xatırladaq ki, O.Abramyan 2014-cü il aprelin 13-dən 2016-cı il sentyabrın 8-dək Ermənistanın baş naziri vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi