KİV: Avropa Komissiyası Türkiyəyə viza ləğvini təsdiq edəcək

KİV: Avropa Komissiyası Türkiyəyə viza ləğvini təsdiq edəcək Bu, Ankaranın bir sıra şərtləri yerinə yetirəcəyi təqdirdə reallaşacaq
Region
3 May , 2016 10:18
KİV: Avropa Komissiyası Türkiyəyə viza ləğvini təsdiq edəcək

Bakı. 3 may. REPORT.AZ/ Avropa Komissiyası rəsmi Ankaranın bir sıra şərtləri yerinə yetirəcəyi təqdirdə Türkiyəyə viza ləğvini təsdiq etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən BBC məlumat verib.

Xatırladaq ki, Avropa Komissiyasının aprelin sonlarında yayılmış bəyanatında Türkiyənin göstərilən müddətə qədər bütün şərtləri yerinə yetirəcəyi təqdirdə bu ölkəyə vizasız rejimin təklif oluna biləcəyi qeyd edilmişdi.

Son xəbərlər

Orphus sistemi