ABŞ Suriya müxalifətinin təlimatlandırılması proqramını dayandırıb

ABŞ Suriya müxalifətinin təlimatlandırılması proqramını dayandırıb Bu proqramın həyata keçməsi üçün Vaşinqton 500 milyon dollar maliyyə vəsaiti ayırmışdı
Region
9 Oktyabr , 2015 18:01
ABŞ Suriya müxalifətinin təlimatlandırılması proqramını dayandırıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ ABŞ-ın Müdafiə Nazirliyi Suriya müxalifətinin hazırlanması, silahla təcihiz olunması proqramının dayandırılması haqda qərar qəbul edib.

"Report" "New York Times" qəzetinə istinadən xəbər verir ki, Bəşşar Əsəd hakimiyyətinə qarşı mülayim müxalifətin Türkiyə, İordaniya, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində təlimatlandırılması və təchizi proqramı başa çatıb.

Xəbərə görə, bu gün Vaşinqtonun rəsmi açıqlama verəcəyi gözlənilir.

Qeyd edək ki, ABŞ proqramın həyata keçməsi üçün 500 milyon dollar maliyyə vəsaiti ayırmışdı. 

Son xəbərlər

Orphus sistemi