KİV: ABŞ-a məxsus pilotsuz təyyarə Türkiyədə qəzaya uğrayıb

KİV: ABŞ-a məxsus pilotsuz təyyarə Türkiyədə qəzaya uğrayıb Polis aparatın düşdüyü yeri tamamilə nəzarətə götürüb
Region
3 Fevral , 2016 15:40
KİV: ABŞ-a məxsus pilotsuz təyyarə Türkiyədə qəzaya uğrayıb

Bakı. 3 fevral. REPORT.AZ/ Türkiyənin Adana şəhəri yaxınlığında ABŞ Hərbi Hava Qüvvələrinə aid olduğu ehtimal edilən pilotsuz uçan aparat qəzaya uğrayıb.

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, pilotsuz uçan aparatın qəzaya uğradığı yer Adana şəhərindən 15 km aralıda yerləşən Doğakənd rayonundakı kənd təsərrüfatı sahələrindən biri olub.

Məlumata görə, polis aparatın düşdüyü yeri tamamilə nəzarətə götürüb. "İncirlik" aviabazasından hadisə yerinə hərbi ekspertlər gəlib.

Hadisəylə bağlı rəsmi şəxslərdən hələlik heç bir açıqlama daxil olmayıb.

Son xəbərlər

Orphus sistemi