Bakı. 9 fevral. REPORT.AZ/ Türkiyənin Ağrı və Ərzurum bölgələrində güclü qar yağır.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, kəskin hava şəraiti ilə əlaqədar hər iki bölgədə məktəblər bağlanıb. Dərslər sabah başlayacaq. Bundan başqa, iş qabiliyyəti məhdud şəxslər və hamilə qadınlara fevralın 9-u iş günü sayılmayacaq.
Qeyd edək ki, ölkə paytaxtı Ankarada və İzmirdə də axşam saatlarından etibarən qar yağmağa başlayıb.