Bakı. 29 aprel. REPORT.AZ/ Qazaxıstan prezidenti Nursultan Nazarbayev Kərim Masimovun baş nazir təyin edilməsi haqda sərəncam imzalayıb. "Report" xəbər verir ki, bu haqda Qazaxıstanın rəsmi KİV-i məlumat yayıb.
Aprelin 29-da Qazaxıstan parlamentinin Aşağı Palatası Kərim Masimovun yenidən baş nazirliyə namizədliyini yekdilliklə təsdiqləyib.
Xatırladaq ki, bu gün Qazaxıstan prezidenti Nursultan Nazarbayev dövlət başçısı kimi yenidən and içdikdən sonra baş nazir Kərim Masimovu və hökumət üzvlərini istefaya göndərmişdi.