Kazanda Ticarət mərkəzində baş verən yanğın 5 nəfərin həyatına son qoyub

Kazanda Ticarət mərkəzində baş verən yanğın 5 nəfərin həyatına son qoyub Ölən və yaralananlar arasında MDB ölkələrindən olan vətəndaşlar da var
Region
12 Mart , 2015 12:53
Kazanda Ticarət mərkəzində baş verən yanğın 5 nəfərin həyatına son qoyub

Bakı. 12 mart. REPORT.AZ/ Kazanda "Admiral" ticarət mərkəzində yanğın zamanı ölənlərin sayı 5-ə çatıb. Bu barədə "Report" "TASS"a istinadən xəbər verir.

"Hazırda ölənlərin sayı 5 nəfərdir", - agentliyin mənbəyi bildirib.

Xəsarət alanların sayı 55 nəfər olub. 

Ölən və yaralananlar arasında MDB ölkələrindən olan vətəndaşlar da var. "Ölənlərdən 2 nəfəri Tacikistan vətəndaşlarıdır", - məlumatda deyilir. Daha bir neçə zərərçəkən şəxsin vətəndaşlığı müəyyənləşdirilir. 

Kazanda "Admiral" ticarət mərkəzində yanğın dünən binanın birinci mərtəbəsində yerləşən kafedə baş verib. Cəmi TM-dən 650 nəfər təxliyyə olunub. Yanğın nəticəsində ticarət mərkəzinin konstruksiyaları qismən dağılıb. 

Son xəbərlər

Orphus sistemi