​Kayseridə yüzdən artıq iş adamının ev və ofisində axtarış aparılıb

​Kayseridə yüzdən artıq iş adamının ev və ofisində axtarış aparılıb Onların arasında hakim Ədalət və İnkişaf Partiyasının Kayseri əyalət təşkilatının keçmiş sədri də var
Region
10 Avqust , 2016 09:24
​Kayseridə yüzdən artıq iş adamının ev və ofisində axtarış aparılıb

Bakı. 10 avqust. REPORT.AZ/ Türkiyənin Kayseri şəhərində Fətullahçı terror təşkilatına (FETÖ) qarşı keçirilən əməliyyat nəticəsində 112 iş adamının ev və ofislərində axtarış aparılıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

İnformasiyaya görə, onların arasında hakim Ədalət və İnkişaf Partiyasının Kayseri əyalət təşkilatının keçmiş sədri və yerli ticarət palatasının başçısı da var.

Xəbərə əsasən, eyni vaxt keçirilən əməliyyatda 400 polis iştirak edib. 

Son xəbərlər

Orphus sistemi