​Kamal Kılıcdaroğlu: "Müxalifət partiyalarının öz aralarında koalisiya qurması mümkün deyil"

​Kamal Kılıcdaroğlu: "Müxalifət partiyalarının öz aralarında koalisiya qurması mümkün deyil" CXP sədri: "Hökumətin formalaşdırılmasında partiya və gündəlik maraqları deyil, ölkəmizin məsələlərini müzakirə etməkdə qərarlıyıq"
Region
18 İyun , 2015 15:59
​Kamal Kılıcdaroğlu: Müxalifət partiyalarının öz aralarında koalisiya qurması mümkün deyil

Bakı. 18 iyun. REPORT.AZ/ "Ehtimal olunan koalisiya hökuməti ilə bağlı şərtlərimizi 14 başlıq altında toplamışıq. CXP hökumətin formalaşdırılmasında partiya və gündəlik maraqları deyil, ölkəmizin və bütün yurddaşlarımızın gələcəyini müəyyənləşdirəcək məsələləri müzakirə etməkdə qərarlıdır".

"Report" Türkiyə KİV-inə isatinadən xəbər verir ki, bunu Cümhuriyyət Xalq Partiyasının (CXP) lideri Kamal Kılıcdaroğlu partiyasından olan bələdiyyə sədrləri ilə görüşdə bildirib.

O qeyd edib ki, müxalifət partiyalarının öz aralarında koalisiya qurması mümkün deyil: "MHP-nin mövqeyi ortadadır".

Qeyd edək ki, Milliyyətçi Hərəkat Partiyası (MHP) Xalqların Demokratik Partiyası (HDP) ilə bir hökumətdə yer almayacağını bildirib.

Tədbirdə çıxış edən 44 bələdiyyə sədri CXP-MHP-HDP, HDP-nin dəstəyi ilə CXP-MHP, bu olmazsa, CXP-nin azlıq hökuməti qurması təklifini irəli sürüb. Onlar bildirib ki, MHP ilə hökumət qurulması mümkün olmazsa, o zaman məsələ Ədalət və İnkişaf Partiyası (AKP) ilə müzakirə olunmalıdır. 

Son xəbərlər

Orphus sistemi