Jirinovski Rusiya hökumətini cənub qonşuları ilə münasibətləri möhkəmləndirməyə çağırıb

Jirinovski Rusiya hökumətini cənub qonşuları ilə münasibətləri möhkəmləndirməyə çağırıb "Rusiyanın hərəkəti Qərbə deyil, Cənuba doğru olmalıdır"
Region
6 Yanvar , 2015 17:44
Jirinovski Rusiya hökumətini cənub qonşuları ilə münasibətləri möhkəmləndirməyə çağırıb

Bakı. 6 yanvar. REPORT.AZ/ Rusiya hökuməti cənub qonşuları ilə münasibətləri möhkəmləndirməlidir. "Report" xəbər verir ki, bu barədə Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovskinin partiyanın rəsmi saytında yerləşdirilmiş şərhində deyilir. 

"Biz Qərbə can atırıq, o isə bizdən üz çevirir. İndi biz Şərq və Cənuba üz tutmuşuq. Prezident Pekində və Türkiyədə bir sıra müqavilə imzalayıb. Biz RLDP olaraq, bu barədə çoxdan bildirirdik. Cənuba - Türkiyəyə, İrana doğru istiqamət almalıyıq", - V.Jirinovski qeyd edib. 

"Niyə görə əti Braziliyadan, Latın Amerikasından gətirməliyik? Qafqaz, Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, İran bizi hər bir şeylə təmin edəcək", - partiyanın lideri bildirib. 

Son xəbərlər

Orphus sistemi