​İrəvanda eyni vaxtda iki etiraz aksiyası keçirilib

​İrəvanda eyni vaxtda iki etiraz aksiyası keçirilib Cari il fevralın 6-da "Nairit" zavodunun 1 700 əməkdaşı işdən çıxarılıb
Region
16 Fevral , 2015 17:34
​İrəvanda eyni vaxtda iki etiraz aksiyası keçirilib

Bakı. 16 fevral. REPORT.AZ/ Ermənistanın paytaxtı İrəvan şəhərində eyni vaxtda iki etiraz aksiyası keçirilib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, aksiya iştirakçıları ödənilməyən əmək haqlarının verilməsini tələb ediblər.

Etiraz aksiyasının biri İrəvan Şəhər İcra Hakimiyyətinin binası qarşısında olub. "Təmizlik mərkəzi"nin işçiləri ödənilməyən pullarının verilməsini istəyiblər.

Bu müəssisə ötən ilin dekabrında bağlanıb və 315 nəfər işsiz qalıb.

Ermənistan hökumətinin binası qarşısına isə maaşlarının verilməsi tələbi ilə "Nairit" zavodunun işdən azad edilən əməkdaşları toplaşıb. Onlar hökumətin müvafiq idarəsinə tələblərini yazılı şəkildə təqdim ediblər.

Xatırladaq ki, cari il fevralın 6-da bu zavodun 1 700 əməkdaşı işdən çıxarılıb. Hazırda müsəssisədə 478 işçi qalıb. Zavod 2010-cu ilin aprelindən işləmir.

Son xəbərlər

Orphus sistemi