​İzmirdə FETÖ-yə qarşı əməliyyat nəticəsində 55 nəfər tutulub

​İzmirdə FETÖ-yə qarşı əməliyyat nəticəsində 55 nəfər tutulub Onların arasında ədliyyə sisteminin məmurları da var
Region
10 Avqust , 2016 12:09
​İzmirdə FETÖ-yə qarşı əməliyyat nəticəsində 55 nəfər tutulub

Bakı. 10 avqust. REPORT.AZ/ Türkiyənin İzmir şəhərində Fətullahçı terror təşkilatına (FETÖ) qarşı keçirilən əməliyyat nəticəsində 55 nəfər saxlanılıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, avqustun 10-da səhər saatlarında Türkiyənin Terrora qarşı Mübarizə qurumunun İzmirdəki şöbəsi 63 ünvanda eyni vaxtda əməliyyat keçirib.

Saxlanılan 55 nəfər arasında ədliyyə sisteminin məmurları da var.

Son xəbərlər

Orphus sistemi